Xəzər TV New Frequency

Xəzər TV Live Channel On AzerSpace 1/Africasat 1a at 46.0°East New TP Frequency Transponder Here 2018
Xəzər Televiziyası – 2 oktyabr 2007-ci il tarixində fəaliyyətə başlayan televiziya kanalı.

2000-ci ildə STV fəaliyyətə başladı. Xəzər TV-nin açılmasına qədər efirdə olan STV-nin efirində bəzən Azərbaycan dilində verilişlər, hətta matəm günlərində canlı yayımlar olurdu. 2007-ci ilin sentyabr ayında MTRŞ-nın iclası oldu. İclasda Nuşirəvan Məhərrəmli bildirdi ki, oktyabr ayında Xəzər TV fəaliyyətə başlayacaq. 2007-ci ilin oktyabrın 2-də artıq bəzi media qurumları axşam saat 8-də televiziyanın yayıma başlayacağı xəbərini verirdilər. 2 oktyabr 2007-ci il tarixində saat 20:00-da STV-nin yayımı dayandı Xəzər TV-nin yayımı başladı. Yarım saat ərzində efirdə Xəzər TV-nin loqosu və introları yayımlandı. 20:30-da isə "Gündəm" verilişi başladı. Verilişin qonağı MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmli idi. Həmin gün telekanalın yayımı saat 01:30-a qədər davam etdi. Loqotip məsələsində qərarsızlıq var idi. Sadəcə "Xəzər" yazısı, yoxsa "Xəzər TV" yazısı olsun deyə fikirlər var idi.


Xəzər TV New Frequency 2018

Xəzər TV Live Channel On AzerSpace 1/Africasat 1a at 46.0°East New TP Frequency 2018

Channel :Xəzər TV
Satellite :AzerSpace 1/Africasat 1a at 46.0°East
Frequency :11175
Polarization :H
Symbol Rate:27500
Fec:5/6
V.PID:808
A.PID:756 Azerbaijani
SID Code:12
Quality:DVB-S/MPEG-2
Update :: March 20-03-2018

Hal-hazırda yayım Azerspace-1 peyki ilə, Azərbaycanın bütün kabel televiziyaları vasitəsilə davam edir.

Qərargahı ilk vaxtlarda Yasamal rayonundakı Zahid Xəlilov küçəsində idi. Daha sonra Atatürk prospekti 28 ünvanındakı binaya köçürüldü. 2015-ci ilin dekabr ayının 30-da isə Xətai rayonu, Nobel prospektində televiziyanın özünə məxsus binaya köçürüldü. Bina 10 mərtəbədən, 265 otaqdan ibarətdir. Binanın açılışında Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etmişdilər.

29 yanvar 2016-cı il tarixində 16:9 təsvir formatlı yayıma keçmişdir. Həmin ilin fevral ayının 2-də isə xəbər studiyasını yeniləmişdir. Kanal 4 Sentyabr 2016-cı ildə loqotipini dəyişmişdir. 19 Sentyabrda isə xəbər studiyasını bir daha yeniləmiş və yeni yayım dönəminə başlamışdır.
Previous
Next Post »
Thanks for your comment